Bilim bir təcrübələr məcmuəsi dir. Bu məcmuənin üzvləri bilimsəl metod`la ortaya çıxar. Bilimsəl metod ətrafımızdakı dünyanı tanımaq üçün işlənər. Bilimsəl metod çevrəmizdə gördüyümüz olayları mütaliə elər. `Nədən bu olay oldu` sorğusuna cəvab olar. Məsələn `zəlzələ nədən olar` sorğusuna cəvab axtarar. Bu möhtəməl cəvaba hipotez deyilər. Məslən, Yer`in bir inəyin buynuzuna taxılmış olduğunu söylər. Bu inək hirsləndiyi zaman buynuzunu dəbərdər. Bu da zəlzələyə səbəb olar.
Bilimsəl hipotezi başqa hipotezlərdən ayıran bir xüsusiyət var. Bu xüsusiyət onların yanlışlana-bilən olması dir. Zəlzələ misalında hipotez yanlışlan-bilən bir hipotez dir. Yer`dən yetəri qədər uzaqlaşarıq. Yerin bir buynuz üstündə olmadığını anlarıq. O zaman bu hipotez çökər. Yeni bir yanlışlana-bilən hipotez ortaya atılar. Yeni hipotez qabakından daha dəqiq olar. Bu hipotezlərin bütünü bilimi təşkil edər.
Bəzən bilim insanları hipotezlərə mötad olarlar. Hipotezlər yanlışlandığı halda onların hələ də keçərli olduğuna inanarlar. Bu nöqtədən sonra artıq o hipotezlər bilimin sahəsində deyillər. Bu hipotezlər bir inanca dönüşərlər. Hər nə qədər fiziki gərçəklər hipotezi yanlışlasa da onlar hipotezin doğru olduğuna inanclarını qoruyarlar. Məsələn yerin düz olması inancı. Fiziki gərçəklər bunun doğru olmadığını görsətsə də klisa uzun illər buna inancını qorudu.
Bugün bir sosyal medyada bir olayın xəbərini aldım. Bir səfhə üç məqalədə verilən mütaliəni anladıb. Bu məqalələrin citation-ları bu şəkildə dir.
Məqalə-1. Damgaard, Peter de Barros, et al. "137 ancient human genomes from across the Eurasian steppes." Nature 557.7705 (2018): 369-374.
Məqalə-2: Rosser, Zoë H., et al. "Y-chromosomal diversity in Europe is clinal and influenced primarily by geography, rather than by language." The American Journal of Human Genetics 67.6 (2000): 1526-1543.
Məqalə-3: Arnaiz‐Villena, A., E. Gomez‐Casado, and J. Martinez‐Laso. "Population genetic relationships between Mediterranean populations determined by HLA allele distribution and a historic perspective." Tissue antigens 60.2 (2002): 111-121.
Bu sosyal medya səfhəsi bu məqalələrin möhtəvasından yola çıxıbdır. Beləliklə də aşağıdakı iddaları eləyibdir. Bu yazı o məqalələrə göz atdıqdan sonra yazılıbdır. Hədəfi bu iddaaların doğru olub olmadıqlarını araşdırmaq dır.
İddaa elənib ki Məqalə-1`də Türklər Dəmir Dövrü`ndə Moğolistan`dan Sakaların məntəqəsinə köçüdükləri deyilib. Bəhsi geçən iddaa bu məqalənin dediyi sözü qismən ihtiva eləyir. Məqalə əslində belə deyir. Brüş Dövrü`ndə Skat`ların jenomları fərqli gözələrdən gəlirdi. Daha sonra Dəmir Dövrü`ndə artıq Doğu Asyalı`ların jenomları`la qarışıbdır. Beləliklə Euroasia stepləri İndo-European danışan insanlardan Turkic danışan insanlara dönüşüb. Bunu Fig.4`də bir xəritədə görsədib. Anlayırıq ki iddaa edilən möhtəva məqalədə deyilibdi. Zatən bu göçlər tarixdə də bilinən bir olay dir. Məqalənin özətində deyildiyi kimin Euroasia stepləri minlərcə il insan köçləri və kültürəl dəyişimlərin mərkəzi olubdur. Əlbəttə bu köç bu coğrafyaya aid dir. Müəlliflər başqa coğrafyalara və zamanlara umumiləşdirməyiblər.
İddaa elənib ki Məqalə-2`də Anadolu Türkləri`nin ``Türk jenom``larının az olduğu deyilir. Bugünkü dilləri onların jenomlarını görsətmir. Bu iddaa dəqiq deyil. Məqalənin sonucları görsədir ki genetik bənzərlik üçün coğrafi yaxınlıq dilsəl yaxınlıqdan daha önəmli dir. Ona görə də Anadolu Tükrkləri jenetik olaraq qonşu xalqlara (Kürdlərə və Ermənilərə) bənzəyirlər. Bunun səbəbini də belə açıqlayır. Türkü dili ehtimalən sadəcə elitlər vəsiləsi`lə Anadolu`da yayılıb. Yanı Türklər Asya`dan durub buraya axın-axın gəlməyiblər. Sadəcə kiçik bir kütlə bu torpaqlara hakim olublar və bu şəkildə yerəl xəlqlərin dilini dəyişdiriblər. Əlbəttə bu, özlərinin ortaya qoyduqları fikir deyil. Müəlliflər jenetik mütəxəssisi dirlər. Tarixçi deyillər. Onun üçün də Tarix elmi sahəsində fikir vermək səlahiyətləri yox dir.
İddaa eləyib ki Məqalə-3`də Türklər Anadolu`ya sadəcə dillərini gətirdikləri deyilib. Ayrıca Türklərin jenomlarının məntəqədəki Kürdlər və Ermənilər`lə üst-üstə düşüyü qeyd edilib. Bu iddaa da biraz diqqətsiz dir. Məqalə genə də Türklərin Kürdlər və Ermənilər`lə bənzər jenlərə sahib olduqlarını vurğulayır. Dillərin fərqliliyi jenetik fərqliliklər`lə örtüşmədiyini deyir. Bu məqalə də elitlər vasitəsi`lə Türkü`nün Anadolu`da yayıldığı ehtimalını vurğulayır.
İddaa elənib ki Məqalə-3`də dəfələrcə Türklərin ``muhacim`` olduqlarını bildiribdir. Məqalədə bu məfhum `invasion` şəklində geçir. Sadəcə Türklərə dair deyil. 119-cu səfhədə Aryan Invasion-dən danışır. Zagros və Mesopotamia`da Indo-european dilin kökünün hardan gəldiyinin məchul olduğunu deyir. Möhtəmələn öncə savaşçılar tərəfindən zorla yayılıdığını deyir. Başqa bir ehtimal olaraq da yerli olmayan xalqlar tərəfindən yayğınlaşdığını deyir. ``It could probably have been imposed in the Zagros Mountains and Mesopotamia (1st millenium B.C.) by immigrant warriors or it could have been an autochthonous development (58, 59).``
Məqalə-3`ü yazan qrubun başqa məqalələri də var. Onlarda da bənzər bir şəkildə jenetik bənəzrliklərin tarixdəki inandığımız paradigmalar`la çelişdiyiniə anladar. Məslələn Kürd`lərin İranllı`lar`la jenetik bənzərlikləri olmadıqlarını deyər [1]. Tərsinə, Türklər`lə eyni jenomları daşıdıqlarını vurğular. Ayrica Anadolu`da Aryan Invasion`dən bir əsər olmadığını söylər. Bu da Tarixdəki paradigma`la çelişər.
Bu məqaləni yazan müəlliflərin Azərbaycanlılar`la ilgili də bir məqaləsi var [2]. Əvvələn Azərbaycanlıları Quzey və Güneyli olaraq ikiyə ayırar. Güneylilərin 17 - 20 miliyon nüfüsları olduğunu söylər. Jenetik açıdan Təbrizin ətrafınan bir nümumə incələr. Məqalədə bu numunənin Anadoludakı Türklər`lə bənzəşmədiyini söylər. Əksinə Kürdlər, Gorgan Türkmənləri və Çuvaşlar`la bənzəşdiklərini anladar. Hətta bir qədəm irəli gedib numunənin möhtəmələn Quzey Mesopotamya`da yaşadığını önə sürər. Təbiətən bunların hamısı konvensiyonel tarix bilimi`lə çelişər.
Sonuc olara belə deyilə bilər. Bu səfhə elədiyi iddalarda qismən doğru dir. Bəzi məfhumları isə seçərək işlədibdir. Məqalələrin dediyi möhtəvanın bütününü müntəqil eləməyibdir. Ayrıca müəlliflərin başqa əsərlərinə də diqqət yetirməyib. Bəlli ki bu səfhənin zehnində bir inanılmış hipotez var imış. Sadəcə bu məqalələrdən o hipotezə himayət axtarılıb. Hipotezləri nəqz eləyən gözləmləri göz ardı eləyib. Bu davranışa artıq bilim sahəsində deyil, inanc sahəsində dir.
Bu məqalələrdə jenetik bilimi və Tarix bilimi qarşı-qarşıya gəlirlər. Müəlliflər tarixçi olmadıqları üçün tarixi paradigmaları dəyişdirmə səlahiyətinə sahib deyillər. Genə də jenetik biliminin tarix bilimi`lə bir çox nöqtədə çelişdiyini göz önünə sərirlər. Hamısı, tarixi konvansiyon olaraq inanırlar ki `Türk jenomu` Asya steplərindəki xəlqlərdə dir. Jenetik açıdan onlardan uzaqlaşdıqca Türk jenomunun zəiflədiyini görsədirlər. Bu tarixi anlaşma müşküllərə yol açır. Məsələn Anadolu`da jenomların ``Türk Jenomu``ndan uzaq olduğu halda Türk dilinin hakim olmasını açıqlayanmırlar. Genetik elmi yanlış ola bilməz. Qətən doğru dir. O zaman bəlkə tarixi paradigmlar və hipotezlər dəyişməli dir. Məsələn ``Türk jenomu`` tərifni dəyişdirsək və Azərbaycan`da yaşayanların jenomunu Türk jenomu qəbul eləsək, o zaman bəlkə daha fərqli bir mənzərə görə bilərik. Olayları açıqlaya bilərik. Bu məqalələr bu tarixi paradigmalara dəymirlər. Təzadları açıqlamaq üçün elitlər məsləsini ortaya atırlar. Bu da başqa bir suala yol açır. Bu elitlər hansı pedagoji`lə 3000 il bundan qabaq xəlqin dilini dəyişdirdilər?
[1] Suarez-Trujillo, Fabio, et al. "HLA genetic study in Iran Saqqez-Baneh Kurds: no genetic trace of Aryan invasions in Anatolian Turks and Kurds is found." Human Immunology 83.11 (2022): 737-738.
[2] Arnaiz-Villena, Antonio, et al. "HLA alleles and haplotypes in Iran Tabriz Azeris population: genes and languages do not correlate." Human Immunology 83.6 (2022): 477-479.