آذربایجانین دوغولو کندلریندن بیری اولان نۆنهکهراندا
حئیوانلارین آدلاندیریلماسی منی چوخ ایلگیلندیردی. بو کندده بیر سیرا حئیوانلارا
هانسی ائتنیک یا اؤلکهیه عایید اولدوغونا گؤره بیر میللی صیفت وئریلمیشدیر
بونلاردان ایکی اؤرنک داها چوخ ایشلهنیلیر.
20 May 2012
01 May 2012
Kəndimizin Sarıbulağı
Güney Azərbaycan`ın ən doğulu bölgələrindən birinin adı Nəmindir. Nəmin`dən Astra`ya doğru getdiyimizdə sağ əldə bir neçə parça kəndi görə bilərik. Bu kəndlərə və bu bölgəyə Quzey Vilkic deyilir. Arpatəpə, Nünəkəran, Sula, Yuxarı Xənəyi, Aşağı Xənəyi, Düdəran, Kələsər vb. Mən bu kəndlərin içindən olan Arpatəpə`də doğulmuşam. Atam da bu kənddə doğulmuşdur anam isə Arpatəpə`dən 15 dəqiqəlik piyada yollu qonşu Nünəkəran`lıdır. Kəndin içindən keçib Fındıqlıq meşəsinə gedəndə sağ əlizdə çayın qırağındakı yastanda kiçik bir sarı yeri görürsüz buraya kəndlilər Sarıbulaq deyərlər. Sarıbulağın sarılığı Mustafaçiçəyi adlanan bir alağın bitib gül açamağından irəli gəlir. Bura da bizim kəndin bir gözəlliyidir. Keşkə buradakı yazılarda da elə Sarıbulağ`ın gözəlliyinin mində biri olsun.
View Larger Map
View Larger Map
Subscribe to:
Posts (Atom)